Smeta mühəndisi

  • Ramco CJSC
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:   

  • Mühəndislik sahəsi üzrə ali təhsil;  
  • Texniki şöbədə minimum 5 il iş təcrübəsi; 
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD);  
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), Rus və İngilis dili (üstünlükdür); 
  • Analitik qabiliyyət; 
  • Ezamiyyətlərə hazırlıqlı olmalı;  
  • Müstəqil iş, detallara diqqət yetirmə və təşkilatçılıq bacarığı, işində məsuliyyətlilik.  

Vəzifə öhdəlikləri:  

  • Tender təklifinin hazırlanmasında birbaşa iştirak və iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;  
  • Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanışlıq; 
  • Subpodratçılar tərəfindən icra olunan işin müəyyənləşdirilməsi, kommersiya təkliflərinə dair müraciətlərin formalaşdırılması və göndərilməsi;
  • Xaricdən alınan materialları və cihazların müəyyənləşdirilməsi, kommersiya təkliflərinə dair müraciətlərin formalaşdırılması və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə  təchizat şöbəsinə göndərilməsi;
  • Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısının hazırlanması və qiymətlərə dair sorğunun təchizat şöbəsinə göndərilməsi;
  • Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərin siyahısının hazırlanması, kirayə qiymətlərin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərilməsi;
  • İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun texnika və işçi qüvvəsi, həmçinin materialların hər vahidinə dair qiymətlərin göstərilməsi, hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, habelə maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyasının aparılması;
  • Bütün hesablamaları və maya dəyərinin yekun smetasının yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim edilməsi;
  • Sahə texniki ofisindən gələn hesabatların yoxlanılması, bu hesabatlar əsasında aylıq irəliləmə hesabatının hazırlanması;
  • Subpodratçılara veriləcək işin həcminin və qiymətinin razılaşdırılması, təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında razılaşma yolu ilə;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.