Trade marketinq üzrə menecer

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 06.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
  • Rəqiblərin aktivlikləri haqqında məlumatların toplanaraq, analiz edilməsi, adekvat tədbirlərin hazırlanması və tətbiqi;
  • Trade aktivliklər üzrə illik təqvimin hazırlanması və tətbiq edilməsi;
  • Trade marketinq büdcəsinin planlaşdırılması, tətbiq edilməsi və hesabatların hazırlanması;
  • Trade marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və aksiya effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
  • Satışların analizi və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
  • Qiymət analizinin aparılması və qiymət strategiyasının hazırlanması prosesində iştirak edilməsi;
  • Yeni məhsulun satışının təşkili prosedurunun hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
  • Marketinq sahəsində görüləcək işlərin planlaşdırılması, tətbiq olunması.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, marketinq və digər əlaqəli ixtisaslar üzrə);
  • FMCG sahəsində marketing üzrə təcrübə (ən azı 2 il);
  • HORECA üzrə iş təcrübəsi arzuolunandır;
  • Yüksək səviyyədə kompüter bilikləri (MS Office, əsasən MS Excel);
  • Kreativlik, ünsiyyət bacarıqları, analiz etmə qabiliyyəti, problem həlletmə bacarığı təklif vermə qabiliyyəti;
  • Məsuliyyətlilik, idarəetmə bacarığı, kollektivlə işləmə qabiliyyəti, müstəqil qərarvermə və yüksək səviyyədə təşəbbüskarlıq. 

Təminatlar:

  • Nahar şirkət hesabına;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Baki şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “Trade marketinq üzrə menecer” qeyd edərək mail ünvanına müraciət etmələrini xahiş edirik.