Maliyyə üzrə böyük mütəxəssis

İşin təsviri

Əsas öhdəliklər:

  • Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanmasına rəhbərlik və rəhbər şəxslərə təqdim edilməsi;
  • Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması və açıqlamaların hazırlanması;
  • Hesabatların vaxtında və dəqiq hazırlanılması və ay sonu hesabların bağlanışı zamanı potensial uyğunsuzluqların vaxtında aşkarlanıb, aradan qaldırılması;
  • İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi;
  • Xərclərin (məsrəflərin) səmərəliliyini və məqsədyönlü olmasını dövri olaraq təhlil etmək;
  • Maliyyə hesabatı sistemi, uçot sistemi, büdcə və digər maliyyə nəzarət funksiyalarının təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanması;
  • Mütəmadi maliyyə təhlillərinin aparılması, əsas tendensiyaları, maliyyə risklərini və potensial imkanları təyin edilməsi;
  • Maliyyə fəaliyyətinin yaxşılaşdırılması üçün rəhbərliyə tövsiyələrin verilməsi;
  • Şirkətin büdcə və proqnozlaşdırma modellərinin işlənib hazırlanması və daha sonra büdcə və fəaliyyət nəticələrini departament menecerləri ilə müzakirə edilməsi;
  • İcraçı direktorlarla birlikdə şirkətin böyümə və gəlirlilik məqsədlərinə yardım edəcək uzunmüddətli maliyyə strategiyasının hazırlanması və Maliyyə direktoruna təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sərbəst tətbiqi; 
  • Aidiyyatı sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Muhasibatlıq və vergi uçotu üzrə biliklər;
  • Yerli və beynəlxalq muhasibatlıq idarəetmə standardları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);
  • Yüksək səviyyədə Maliyyə proqramlarının istifadəsi üzrə praktiki bacarıqlar;
  • İdarəetmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə böyük mütəxəssis” yazaraq 21.07.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi