Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq
Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək
Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək
Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək
Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək
Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək
Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək
Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək
Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək
Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək
Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək
Mexanika üzrə texniki hesabatları yerinə yetirmək
İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemləri (mexanik sistemlər) barəsində nəzarəti həyata keçirmək;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.
Tələblər:
Ali təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı