İşin təsviri
Təsvir:
- UEİTTX-dəki vəsaitlərin yerləşməsini və elektrik təchizatı sxemini dəqiq bilmək;
- Ehtiyat hissələri,əlaqəli materialları və elektrik enerjisinə daima qənaət etmək;
- UEİTTX rəisinin və rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
- Rəhbərlik tərəfindən və ya ayrı-ayrı struktur bölmələrindən alınan sərəncamları UEİTTX rəisinə,o olmadıqda isə qovşaq mühəndisinə məruzə etmək;
- Həvalə edilmiş elektrik avadanlıqları,alətləri və ölçü cihazlarını qorumaq.
Tələblər və iş şəraiti:
- Təhsili/ixtisası; Peşə ilə bağlı təhsil;
- Dil bilikləri: Azərbaycan dili - əla;
- İş təcrübəsi: Minimum 1 il;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma;
- Gəncə şəhərində yaşayanlara üstünlük verilir;
- İş rejimi: 2 növbəli
I növbə: 08:00-20:00
II növbə: 20:00-08.00
2 iş günündən sonra 2 istirahət günü.
"Gəncə" Beynəlxalq Hava Limanının Uçuşların elektrik-işıq texniki təminatı xidmətinin elektrik mexaniki