Şöbə müdiri-baş mühasib

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 23.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Ali təhsil (mühasibatlıq sahəsi üzrə), Peşəkar Mühasib Sertifikatı mütləqdir.
  • İş təcrübəsi: Minimum 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan - əla (səlis), İngilis dili – yaxşı, Rus dili– arzuolunandır.
  • Kompüter bilikləri: Microsoft Office, Excel üzrə biliklər (Excel bilikləri yaxşı səviyyədə), Outlook, 1C, BTP. 
  • Digər: İxtisas üzrə yüksək biliyə malik olan və mütəmadi inkişaf etmək və öyrənmək istəyən

Əlavə:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
  • Mənfəət və zərər hesabatının tərtib edilməsi;
  • Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
  • Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
  • Debitorlar üzrə qalıqların yoxlanılması;
  • Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
  • Proqnoz balansının hazırlanması;
  • Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
  • Vəzifə üzrə səriştələr: İş məhsuldarlığı, təhlil bacarıqları, məsuliyyətlilik, təşəbbüskarlıq, keyfiyyətlilik, effektivlik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, nəticəyönümlülük.

İş yeri haqqında:

  • İş saatı:  5 günlük iş qrafiki (09:00 – 18:00)
  • Nəqliyyat: Şirkət tərəfindən servis təşkili (yaxınlıqda yerləşən metro stansiyadan)
  • İşə qəbul, əmək müqaviləsinə xitam verilməsi, davamiyyət, məzuniyyət, ezamiyyət və digər əməliyyatlar qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir
  • Əmək haqqı: 1 350 AZN (gross) əlavə olaraq bonus imkanları mövcuddur

Uyğun namizədlərdən mövzu yerində “Şöbə müdiri-baş mühasib” adını qeyd etməklə e-mail ünvanına CV-ni göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.