İnsan Resursları üzrə Mütəxəssis

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 21.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Yaş: 22-dən yuxarı.
  • Təhsil: Ali.
  • Azərbaycan , rus dillərini mükəmməl səviyyədə bilmək.
  • MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını mükəmməl səviyyədə bilmək.
  • Yüksək ünsiyyət qurmaq bacarıqları.
  • 1C proqramı üzrə biliklər arzuolunandır.
  • İR sferasında 1-3 il iş təcrübəsi arzu olunandır.

Əsas vəzifə və öhdəliklər:

  • İşçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi; 
  • ƏMAS və İSB portallarında əməliyyatların aparılması;
  • İşçilərin məlumatlar bazasının doldurulması;
  • İşçilərin şəxsi işlərinin hazırlanması;
  • İşçilərin davamiyyəti cədvəllərinə nəzarət edilməsi;
  • İşçi bazasının yaradılması və CV-in arxivləşdirilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Aylıq hesabatların hazırlanıb birbaşa rəhbərinə təqdim olunması;
  • Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət;
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, haqqında və s.)

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.