Əməliyyatçı

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 21.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Orta ixtisas (maliyyə uçotu,mühasibatlıq), ali təhsil - üstünlükdür;
  • 1C proqramı ilə sərbəst işləmək bacarığı;
  • Müvafiq sahədə təcrübə üstünlükdür;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:

  • Ümumi satış əməliyyatları ilə bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
  • Satış prosesinin sistemə işlənilməsi üçün anbar şöbəsi ilə mütəmadi danışıqların aparılması;
  • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
  • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
  • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Müştəri sifarişlərinin, sifariş dəyişikliklərinin və geri qaytarılmış məhsulların 1 C proqramında yazılması;
  • Yeni məhsul kodlarının sistemə daxil edilməsi;
  • Müştəri məlumatlarının sistemə daxil edilməsi.

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki;
  • Ofis şəraiti;
  • İcbati Tibbi Sığorta;
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
  • Yaş həddi : 22-35

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə CV-lərini e-mailin mövzu hissəsində “Əməliyyatçı” sözlərini qeyd edərək göndərsinlər. Əks halda göndərilmiş CV qəbul olunmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.