Elektrik mühəndisi

  • Prometheus
  • Elanın qoyulma tarixi: 20.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
  • texniki sənədlərlə işləmək, elektrik işlərinin istehsalına nəzarət etmək
  • müntəzəm yoxlama, uzlaşma və lazım olduqda işçi çertyojların tənzimlənməsi
  • İşçi layihələrin sifarişçi ilə razılaşdırılması görüşlərin keçirilməsi.
  • Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
  • Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
  • Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

Namizədə dair tələblər:

  • Elektrik mühəndisliyi üzrə Ali təhsil
  • Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
  • Kompüter bilikləri: MS Office, AutoCAD
  • İdarəetmə bacarığı
  • Təqdimat bacarığı
  • Pozitiv düşüncə
  • Problemlərin həllinə yönəlmə
  • Müsbət əlaqə və əməkdaşlıq qurma
  • Özünə əminlik və inkişafa meylli olma
  • Yaradıcılıq
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Ələt qəsəbəsi ( qida və nəqliyat təmin olunur)
  • İş rejimi: 5 gün, 09:00 – 18:00/ 6 gün səhər 09:00 – 13:00

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Elektrik mühəndisi” yazmaqla göndərə bilərlər. 

Tel +994502255054

Prometheus tərəfindən digər vakansiyalar