Mühasib

  • BRPG LLC
  • Elanın qoyulma tarixi: 19.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
  • Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.
  • İş rejimi: 5-günlük ARƏM müvafiq olaraq işçinin işə qəbulu təmin olunur.    
  • Sınaq müddəti: 2 ay
  • Aylıq əmək haqqı: 1000 man

Namizədə tələblər:

  • Müvafiq sahədə ən azı 5 il təcrübəsi olmalıdır;
  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
  • Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
  • Mühasibat uçotunu mükəmməl bilməlidir;
  • İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
  • Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan, Rus dillərini bilməli, İngilis dilini də bilmək əlavə üstünlükdür;
  • İdarəetmə bacarığı olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;

Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi, mövzu yerində “Baş mühasib” qeyd edib göndərə bilərsiniz.