Baş Mühasib (Tikinti)

  • BRPG LLC
  • Elanın qoyulma tarixi: 07.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Alqı-satqı və podrat müqavilələri üzrə təqdim edilmiş işlərin, xidmətlərin və malların həmçin əsas vəsaitlərin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş qaydada vergi hesabatını təqdim etmək, vergi ödəmələri planlaşdırmaq və muvafiq qaydada ödənilməsini təmin etmək;
  • Digər Dövlət qurumlara zəruri hesabatları qanunvericiliyə uyğun təqdim edilməsi;
  • Vergi qanunvericiliyi, qanunvericilikdə olan dəyişiklərin, əlavələrin düzəlişlərin izlənməsi və muvafiq qaydada Şirkətin fəaliyyətində tətbiq edilməsi;
  • Görülmüş işlərin təhvil təslim aktların tərtib edilməsində və Sifarişçilərə göndərilməsinə nəzarət etmək, daxilolmaların müəyyən olunmuş müddətlər ərazinddə icra olmasına nəzarət etmək;
  • Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatları, tərtib etmək (Balans, gəlir-xərc, pul vəsaitlərin dövriyyəsi)
  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi.
  • Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
  • İstehsalın uçotun aparılması (istehsal məhsulunun spesifikasiyalarının hazırlanması,hazır məhsul anbarına nəzarət)
  • Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot(M-29) və F2-lər üzrə silinməsi
  • Mal-material hərəkəti ilə bağlı məlumatların və hesabatların hazırlanması 
  • Elektron qaimələrin qəbulu,yoxlanılması və 1C proqramına işlənilməsi 

Tələblər:

  • Ali təhsil(müvafiq sahə üzrə)
  • Tikintidə muhasibatlıq (maliyyə) şöbəsində rəhbər vəzifəsidə minimum 2 il iş təcrübəsi;
  • Tikinti muhasibatlığı haqqında biliklərin olması;
  • 1C 8.3 proqramdan istifadə edilməsi;
  • Vergi proqramlarından, portaldan istifadə edilməsi;
  • MS Office proqramlarında mükəmməl işləmək bacarığı;