Mağaza meneceri (Zinnət əşyaları)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir.
  • Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir.
  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir.
  • VIP satışlar həyata keçirir.
  • Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir.
  • Mağazalarda müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir.
  • Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir.
  • Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir.
  • Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir.
  • Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür.
  • Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
  • Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir.
  • Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir.
  • Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir.
  • “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçirir.
  • Mağaza işçiləri üçün məhsul təlimi keçirir.
  • Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır

Əsas tələblər: 

Təhsil:

  • Ali təhsil arzuolunandır

Təcrübə:

  • Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 2 il təcrübə
  • Sifariş etmə təcrübəsi
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Biliklər:

  • Müştəri Xidmətləri
  • Satış Texnikası
  • Merçendayzinq qaydaları
  • İngilis dili yaxşı səviyyədə
  • MS Office Proqramları

Professional Bacarıq və Kompetensiyalar:

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Təşkilatçılıq
  • Satış bacarıqları 
  • Təlim keçmə bacarığı
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” (Zinnət əşyaları) qeyd edərək elektron poçt ünvanına göndərə göndərə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (051) 229-06-77.

İşəgötürənin reytinqi