Səyyar təchizatçı

  • Matanat A
  • Elanın qoyulma tarixi: 16.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
  • Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
  • Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı: Razılaşma yolu ilə;

Tələblər:

  • Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
  • Ali təhsil;
  • Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Kompüter biliyi;
  • Yaş həddi: 25-40;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
  • Şəxsi avtomobilin olması.

Əlavə tələblər: 

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan  şəxslər işə götürülmürlər;

İşəgötürənin reytinqi