İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Layihə ilə bağlı məlumatları toplamaq, strukturlaşdırmaq, təhlil etmək və planlaşdırmaq üçün nəzərdə tutulan alətlərdən istifadə etmək;
 
	- Layihə üzvlərini müvafiq inzibati prosedurlar üzrə dəstəkləmək və işin düzgün icrasını təmin etmək;
 
	- Təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün komanda üzvlərinə dəstək göstərmək və müvafiq məlumatları idarə etmə panelində yerləşdirmək;
 
	- İnzibati işləri təşkil etmək və texniki iş axınını təmin etmək, hesabatların hazırlanması və layihənin icrasını təmin etmək;
 
	- Texniki sənədlərin və proseslərinin layihə tələblərinə və daxili iş tərzinə uyğun olmasını təmin edərək daxili sənədləşdirmə alətlərində məlumatların yenilənməsi və saxlanılmasını təmin etmək;
 
	- Layihədə iştirak edən xidmət təchizatçılarına texniki və digər sənədlərinin vaxtında çatdırılmasına nəzarət etmək;
 
	- Partnyorların tələblərinə uyğun iş axınının hazırlanmasında fəal iştirak etmək ;
 
	- Öz səlahiyyətinə, təcrübə sahəsinə və bacarığına uyğun olaraq vaxtında və səmərəli qərar qəbul etmək.
 
Vəzifəyə olan tələblər:
	- Ali təhsil.
 
	- Minimum 2 il iş təcrübəsi.
 
	- Sənədlərlə işləmə təcrübəsi.
 
	- İdarəetmə sahəsində təcrübəsi.
 
	- Komandada işləmək bacarığı.
 
	- İngilis, rus dilləri (arzuolunandır). 
 
	- Beynəlxalq təşkilatlarda və ya Bank sektorunda təcrübə arzuolunandır.
 
Namizədlərdən CV-lərini “Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur.