Arxiv bölməsinin rəisi

İşin təsviri

İşin təsviri:

  • Arxivin profilinə uyğun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, dəmir yoluna məxsus sənədlərin tərkibinin öyrənilməsi, qanunla müəyyən olunan müddət başa çatdıqdan sonra həmin sənədlərin dövlət mühafizəsinə qəbulu işini təşkil edir; 
  • İdarə arxivlərində sənədlərin mühafizəsi və uçotu işinin təşkilinə nəzarəti həyata keçirir; 
  • Daim mühafizə olunan sənədlərin seçilməsi və arxivə qəbulunu, arxivdəki sənədlərin ekspertizasını, uçotunu, mühafizəsini, onlara elmi-məlumat aparatı yaradılması və istifadəsini təşkil edir və həyata keçirir; 
  • Arxivin qəbul mənbəyi olan idarələrin, şəxslərin siyahısını hazırlayır və onun üzərində iş aparır; 
  • İdarə və müəssisələrdən Cəmiyyət arxivinə sənədlərin qəbul cədvəlini tərtib edir; 
  • İdarələrdə arxiv işinə təşkilati-metodiki rəhbərlik və nəzarət edir; 
  • Arxiv işinin inkişafına dair illik planları və müəyyən olunmuş formada hesabatı tərtib edir; 
  • Ekspert komissiyasının işində arxivşünaslıq və sənədşünaslıq üzrə seminarlarda iştirak edir; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işi təşkil edir; 
  • Arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsini, elektron siyahıların yaradılmasını, arxivdə elektron xidmətlərin təşkilini təmin edir və ona təhkim edilmiş və arxivin balansına daxil edilmiş əmlak üzərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sahiblik və istifadə etmək hüququna malikdir, əmlakın və digər qiymətlilərin, o cümlədən arxiv sənədlərinin qorunmasına məsuliyyət daşıyır.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Rus dilini rəsmi yazışma səviyyəsində yaxşı səviyyədə bilməli
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.