Mühasibat uçotu və 1C üzrə təlimçi

İşin təsviri

İşin təsviri:

BPG Consulting Centre tərəfindən peşəkar standartlar əsasında mühasibat uçotu və 1c  sahəsində təşkil olunacaq təlimlərə peşəkar təlimçilər axtarışındayıq. Nəzəri və praktiki biliklərini, peşəkar vərdişlərini sözü gedən sahələrdə kariyeralarını qurmaq istəyən gənclərimiz ilə bölüşməkdə maraqlı olan, öz üzərində daim çalışan hər bir kəsi BPG Consulting Centre şirkətinin təlim və tədris şöbəsində sabahın qurucuları olan təlimçilər olmağa dəvət edirik. .

Tələblər:

  • Ali təhsil, 
  • Müraciət edəcəyi sahə üzrə nəzəri və praktiki biliklər.
  • Müraciət edəcəyi sahə üzrə daim biliklərini yeniləyənlər,
  • Xüsusi material və tədris üsulundan istifadə etməklə təlim proqramının təşkili,
  • Təmkinli, səbirli və pedaqoqika qabiliyyətinin olması.
  • Təlimçi olaraq 1 illik təcrübə.

Təlim və tədrislərin keçiriləcəyi dillər : Azərbaycan dili / Rus dili

Qeydlər:

  • Müvafiq sahə üzrə Beynəlxalq sertifikatlara malik olan müraciət edənlər, seçimlər üzrə birinci mərhələdən azad olacaqlar.
  • Xidmət haqqı Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən tam rəsmi qaydada ödəniləcək.
  • İş saatları: 10:00-18:00

Son tarix : 13.07.2023