Aşpaz (şirniyyatçı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hazırlanan şirniyyat məhsullarının keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin edir.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablayır, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət edir.
  • Qida təhlükəsizliyi mövzusuna aid problemləri həll edir və qeydiyyatını aparır. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görür və bu barədə rəhbərləri məlumatlandırır.
  • Ənənəvi və müasir reseptlərə uyğun olaraq şirniyyat məmulatlarını hazırlayır, təqdimatın nəzərə çarpan olması üçün məmulatların bəzədilməsində müxtəlif vasitələrdən istifadə edir.
  • Un, şəkər və s. kimi şirniyyatların hazırlanmasında istifadə olunan inqridientlərə nəzarət edir və büdcə daxilində sifarişini təmin edir.
  • Hazırlanan şirniyyat məmulatlarının çeşidlərinin genişləndirilməsi istiqamətində və yeni şirniyyat növlərinin tətbiqi üzrə təkliflər hazırlayır.
  • Tələbələrə yüksək keyfiyyətli dərslərin keçirilməsi üçün əvvəlcədən hazırlıqlar görür və tədris prossesində iştirak edir.
  • Şirkətin müəyyən etdiyi tələbə müvəfəqiyyətinə nail olunması üçün üzərinə düşən məsələləri yüksək səviyyədə yerinə yetirir.
  • Tədris prosessinin təxirə düşməsinin və hər hansı geriləmənin qarşısını almaq məqsədi ilə, prosessin məzmununun və qruluşunun dəqiq, gözləntilər çərçivəsində olmasını təmin edir.
  • Əməyin təşkilinin əsaslarına, əmək qanunvericiliyinin əsaslarına, daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına əməl edir.
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Gözləntilər:

  • 3 ildən yuxarı şirniyyatçı vəzifəsində iş təcrübəsi
  • Azərbaycan və İngilis dillərinin bilməlidir

Vakansıya ilə marağlanan şəxslərdən xahiş olunur məktubun mövzu qismində  Aşbaz - şirniyyatçı” və məktubda mütləq əmək haqqı gözləntilərini qeyd etsinlər. Portfolionuz var sa onu da göndərməyiniz arzu olunandır.