Texniki dəstək üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • İstifadəçilərin Helpdesk Portalı vasitəsi ilə qəbul olan müraciətlərini icrasına həyata keçirir;
  • Telefon zəngləri və ya şifahi formada daxil olan müraciətləri ehtiyyac yarandığı təqdirdə Helpdesk Portalında yaradır və icrasını həyata keçirir;
  • Helpdesk Portalı problem və insidentlər və eləcə də onların həlli barədə məlumatları sistemə daxil edir;
  • Helpdesk Portalı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Şirkətın istifadəçilərinin texniki dəstəyin göstərilməsini təmin edir;
  • Şirkətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  • Xidmət zamanı qarşılaşılan problemlər barəsində Helpdesk Portalında qeyd etməklə Departament rəhbərinə və müavininə yazılı məlumat vermək;
  • Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsini həyata keçirmək;
  • Yeni iş yerlərinin hazırlanması, Cəmiyyətin cari və yeni açılan filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasının sazlanması;
  • İşçi yerlərinə kabellərin çəkilməsi və sonlanmasını həyata keçirir;
  • Texniki avadanlıq, preferiya qurğuları və.s təlabatı haqqında Departament müavininə yazılı məlumat vermək;
  • Təhlükəsizlik kameralarının qurulması, texniki dəstək göstərir;
  • Şəbəkədə, serverlərdə yaranmış problemlər haqqında Departament rəhbərini və müavinini məlumatlandırmaqla Şəbəkə İnzibatçısına vəya Sistem İnzibatçısına (inzibatçı olmadığı təqdirdə müavinə) yazılı məlumat verir;
  • İşçilər tərəfindən istifadə olunan proqram təminatlarında yaranmış suallarını ətraflı cavablandırır;
  • Yaranmış texniki problemlər həll olunması ilə bağlı ezamiyyətə getməklə problemlərin yerində həll olunmasını icra edir;
  • Departamentin rəhbəri, onun müavinin şifahi və ya yazılı verdiyi tapşırıqları vaxtı-vaxtında icra edir;
  • Əmək müqaviləsi, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər şirkətdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bilavasitə rəhbəri, İnzibati işlər üzrə direktor müavini tərəfindən verilən, Direkotrun və Cəmiyyətin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair şirkətdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • İngilis dili (texniki), rus dili arzuolunandır;
  • MS Office proqram təminatlarını əla vəziyyətdə bilməli;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
  • Serverlər haqqında fundamental bilikləri olmalı;
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olmalı;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
  • Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
  • Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
  • Rack kabinlərin yığılmasını bacarmalı;
  • Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı;
  • Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
  • Backup texnologiyaları biliyi olmalı;
  • Kabellərin sonlandırılmasını bilməli.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar