Mal-material üzrə nəzarətçi

İşin təsviri

Təsvir:

  • Anbarlarda müqavilə əsasında icarəyə götürülən və Şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;
  • Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçilər arasında bölüşdürmək;
  • Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların, alətlərin qeydiyyatlarının proqram təminatında materiallara nəzarət və anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;
  • Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb fayllarda saxlanmasını təmin etmək;
  • Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;
  • Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasını təmin etmək;
  • Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımi qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və invoys tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasını təmin etmək;
  • Yoxlamalardan sonra düzəlişlər və əlavələrin Karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasını təmin etmək;
  • Düzgün qeydlərin aparılması və MKT idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması/onlara nəzarət;
  • Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, Materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək;
  • Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;
  • Mal material şöbəsinin fəaliyyətdən doğan nailiyyətlərin monitorinqi, habelə, baş verə bilən bütün gecikmələrin və ya boşluqlar barədə rəhbərliyin məlumatlandırılmasını təmin etmək;
  • Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək. 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi;
  • Sertifikatlar arzuolunandır;
  • 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • Yerli uçot qanunvericiliyi üzrə biliklər;
  • Vergi qanunvericiliyi üzrə biliklər;
  • Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə və rus dili arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramlarını yüksək səviyyədə bilmək.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).