Texniki planlama və monitorinq şöbəsinin rəhbəri (tikinti)

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 09.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Tikinti sahəsində lazım olan materialların həcminin vaxtında müəyyən olunmasına nəzarət etmək;
  • İşin istehsal-təqvim planının işlənməsinə və onun yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
  • Müxtəlif texniki istehsalat standartların icrasına nəzarət;
  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubların və digər sənədlərin hazırlanması;
  • Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək.
  • Görülən iş üzrə smetaların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
  • Smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin aktlarının və forma №2-lərinin hazırlanmasını təşkil etmək və nəzarət etmək;
  • Forma №2 əsasında texniki hesabatların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubları və digər sənədləri hazırlamaq;
  • Enerji ehtiyatlarının və tikinti materiallarının istehlak dərəcəsinə nəzarət;
  • Aylıq planları və həftə-gün qrafiklərini razılaşdırmaq, istehsalat sahəsində material hesabatlarına, yerinə yetirilmiş işlərin qəbulu aktlarının tərtib edilməsinə nəzarət etmək, yerinə yetirilmiş işlərin reyestrini tərtib etmək və s;
  • Vaxtı vaxtında rəhbərliyə görülən işlərlə bağlı hesabatların təqdim edilməsi.

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil (İnşaat üzrə);
  • Tikinti sahəsində ümumi olaraq 10 ildən yuxarı, rəhbər kimi isə 5 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli; 
  • 1C sistemində işləməyi bacarmalı;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri

İş şəraitimiz:

  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
  • İş qrafiki 8.00-17.00;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.