Müştəri xidmətlərinin idarə edilməsi departamentinin direktoru

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 08.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri rəylərinin analiz edilməsi, qiymətləndirilməsi və həlli üçün lazımi tədbirlərin hazırlanması və tətbiq edilməsi;
  • Məmnuniyyət hədəflərinə nail olmaq üçün müştəri xidmətləri üzrə fəaliyyət planlarının hazırlanması;
  • Müştəri məmnuniyyətinin tədqiq edilməsi və ölçülməsi mexanizmlərinin təkmilləşdirilməsi;
  • Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin yönləndirilməsi, idarə edilməsi və nəzarət edilməsi;
  • Müştəri xidmətləri şöbəsi ilə şirkətin digər bölmələri arasında sıx əlaqələrin saxlanılmasına nəzarət edilməsi;
  • Razılaşdırılmış meyarlara uyğun olaraq hədəflərin yerinə yetirilməsini təmin etmək üçün bütün komanda üzvlərinin performansı, inkişafı və ümumi fəaliyyətinin qiymətləndirilməsi və idarə edilməsi;
  • Müştəri xidmətləri ilə bağlı biznes məqsədləri və vəzifələrinə çatan mədəniyyət və proseslərin yaradılması və təkmilləşdirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Səlis azərbaycan və rus dili biliyi;
  • Müvafiq sahədə rəhbər olaraq minimum 3 illik iş təcrübəsi;
  • Detallara və nəticəyə yönümlülük;
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, analitik və sisitematik düşüncə tərzi;
  • Mükəmməl səviyyədə liderlik, ünsiyyət və layihə idarəetmə bacarıqları.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi