İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər:   
	- Ali təhsil; 
- Oxşar vəzifədə iş təcrübəsinin olması arzuolunandır; 
- Dil biliyi: Rus dili (yaxşı səviyyədə), İngilis dili arzuolunandır; 
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək.  
Vəzifə öhdəlikləri:  
	- Direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;
- Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin Direktora təqdim olunması; 
- Tərcümə və çap işlərinin icrası; 
- Direktorun görüşlərinin təşkili, izlənilməsi;  
- Direktorun daxili və xarici səfərlərinin planlanması, aviabiletlərin alınması və otelin bron edilməsi;
- Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
- Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılması; 
- Şirkətin korporativ portalında Direktorun göstərişi ilə məlumatların paylaşılması. 
İş şərtlərimiz:
	- Əmək haqqı: 554-637 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.     
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor asistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.