Katibə

  • Qala Group
  • Elanın qoyulma tarixi: 07.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri :

  • Katibə müəssisənin inzibati-sərəncamçı fəaliyyətinin təşkilati-texniki təminatı üzrə işi həyata keçirir.
  • Rəhbərin baxması üçün daxil olan korrespondensiyanı qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab hazırlanması üçün struktur bölmələrinə və ya konkret icraçılara verir. 
  • Kargüzarlığı aparır, qərarların hazırlanması və qəbul edilməsi zamanı məlumatların toplanılması, işlənilməsi və təqdim olunması üçün kompüter texnikasını tətbiq etməklə müxtəlif əməliyyatları yerinə yetirir. 
  • Müəssisənin rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul edir. 
  • Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır. 
  • İcraya daxil olmuş sənədlərin struktur bölmələrinin rəhbərləri və konkret icraçılar tərəfindən vaxtında baxılması və təqdim olunmasını izləyir, rəhbərin imzalaması üçün təqdim olunan sənədlərin hazırlanmış layihələrinin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır, onların keyfiyyətli redaktə olunmasını təmin edir. 
  • Rəhbərin telefon danışıqları aparmasını təmin edir, onun yerində olmadığı halda alınmış məlumatları qeyd edir və ona çatdırır, məlumatları qəbul-danışıq qurğuları, eləcə də telefonoqramlarla verir və qəbul edir. 
  • Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir, məktub müəlliflərinə cavabları hazırlayır.
  • Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işi (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirimə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və müşavirələrin protokollarını rəsmiləşdirir. 
  • Verilmiş əmr və sərəncamların müəssisənin işçiləri tərəfindən icrasına, eləcə də müəssisənin rəhbərinin nəzarət götürülmüş göstəriş və tapşırıqlarının yerinə yetirilməsi vaxtına riayət olunmasına nəzarəti həyata keçirir. 
  • Rəhbərin iş yerini zəruri təşkilati texnika ilə, dəftərxana ləvazimatları ilə təmin edir, onun effektiv işinə imkan verən şəraiti yaradır. 
  • Rəhbərin göstərişləri üzrə onun işi üçün lazım olan xidməti materialları çap edir, cari informasiyaları məlumatlar bankına daxil edir.
  • Qonaqların qəbulunu təşkil edir, işçilərin xahiş və təkliflərinə baxılmasının operativliyinə kömək edir. 
  • Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların saxlanılmasını və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təmin edir.
  • Surətçıxarma aparatı vasitəsi ilə sənədlərin surətlərini çıxarır.

Tələblər:

  • Ali təhsil arzu olunandır
  • Sahəsində ən az 2 il iş təcrübəsi
  • 25-33 yaş
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri – mükəmməl səviyyədə
  • MS Office proqramları, 
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
  • Yüksək nitq mədəniyyəti.

İş rejimi - həftədə 5 günlükdür

iş saatları - 09.00-18.00

1 saatlıq nahar fasiləsi

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizədlərdən şəkilli CV-lərini “Katibə” mövzusu ilə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar