Dizayner

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 07.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Məhsulların əmtəə nişanının (logo) və marka adının hazırlanması;
  • Məhsul adı və kateqoriyasına uyğun olaraq sloqanın yaradılması;
  • Hazır olan eskizlərin 3D görüntüsünün hazırlanması;
  • İstehsal olunacaq məhsulun çeşid və ya içliyinə uyğun materialların tapılaraq hazırlanması və məhsulun dizayn konseptinin müəyyənləşdirilməsi;
  • Məhsula uyğun personajların hazırlanması;
  • Məhsulun texniki göstəricilərinə və tərkibindəki maddələrə görə müvafiq piktoqramların yaradılması;
  • Məhsulun müqayisəli seçimi üçün 3 müxtəlif variantın hazırlanması;
  • Məhsulların bazar rəqiblərinin araşdırılması və vitrin formasının hazırlanması;
  • Seçilmiş məhsulun maket formasının hazırlanması;
  • Mətbəələrlə sıx kommunikasiya və çap işlərinin təqib olunması;
  • Məhsulun texniki sənədlərinin hazırlanması.

Vəzifə tələbləri:

  • Ali təhsil (Dizayn, Rəssamlıq ixtisasları üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • Azərbaycan dilində səlis yazılı və şifahi biliklərə malik olmaq; ingilis dili və rus dili biliyi arzuolunandır;
  • Kompüter bilikləri: MS Office; Corel Draw, Photoshop, Illustrator
  • İşində kreativ və yenilikçi olmalı;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • Dizayn alətlərindən effektiv istifadə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Dizayner” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

İşəgötürənin reytinqi