Mühasib köməkçisi

İşin təsviri

Tələblər:

  • Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il.
  • Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil.
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.
  • E-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı.
  • Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır.

Öhdəliklər:

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili.
  • Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi.
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması. 
  • Əmək haqqı hesablanması və uçotunun aparılması.
  • Bütün aparılmış əməliyyatların Maliyyə / Mühasibatlıq uçot proqramında (1C) yoxlanılması və izlənilməsi. 
  • Debitor və kreditor hesablaşmalarına nəzarət edilməsi.
  • Xidməti Müqavilə (VÖEN) ilə çalışan işçilərin sənədləşmə işinin təşkili.
  • Maliyyə menecer tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş Şərtləri:

  • Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
  • 5 günlük iş həftəsi (saat 10:00-19:00)
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
  • İş yeri şəhərin mərkəzində yerləşir.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühasib köməkçisi” mövzusu altında elekton ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi