Baş mühasib

  • Elanın qoyulma tarixi: 06.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə,
  • Kompüter bilikləri: MS Office, 1C (8.3)  
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri əlavə üstünlük hesab edilir)
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər
  • Baş mühasib kimi 5 ildən artıq iş təcrübəsi (Tikinti sahəsində təcrübəli olması üstünlükdür)
  • Beynəlxalq sertifikatın olması üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mühasibat uçotunu təşkilinin təmin edilməsi;
  • Maliyyə sabitliyinin təmin edilməsi üçün, müəssisənin strukturunu və fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırılması;
  • Daxili mühasibat hesabatında nümunəvi sənəd formaları nəzərdə tutulmayan halda, təsərrüfat əməliyyatlarının tərtibatında istifadə edilməsi üçün ilkin uçot sənədlərinin formalarının və hesabların işçi planının hazırlanması və qəbul edilməsinə rəhbərlik edilməsi;
  • İnventarlaşdırmaların keçirmə qaydalarını təmin edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Müəssisədə və onun bölmələrində mühasibat uçotu və hesabatının səmərəli təşkilini təmin edilməsi;
  • Müəssisənin fəaliyyəti, əmlakın vəziyyəti, gəlir və xərcləri barədə tam və doğru mühasibat informasiyasının formalaşdırılması və vaxtında təqdim edilməsi.
  • Sənədlərin qanuni və vaxtında düzgün şəkildə tərtib edilməsinə nəzarət etmək.
  • Əməliyyatların mühasibat hesablarında vaxtında öz əksini tapmasını təşkil etmək.
  • Mühasibat işlərinə rəhbərlik etmək və aparıcı mühasibin və mühasibin işinə nəzarət etmək.
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması.
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı sənədlərin hazırlanması.
  • Əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiyanın müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək.
  • İlkin mühasibat sənədlərinin hesablaşmaların və ödəniş öhdəliklərinin tərtib olunması və hesablanmasına nəzarət etmək.
  • Balans və avans hesabatının aparılmasını təmin etmək.
  • Hesab və elektron qaimə-fakturaların düzgün şəkildə yazılması
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatının tərtib olunması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;

Bacarıqlar: 

  • İdarə etmə bacarığı
  • Operativlik
  • Dəqiqlik
  • Dürüstlük
  • Təşəbbüskarlıq
  • Komandada işləmək bacarığı
  • Detallara diqqət yetirmək qabiliyyəti
  • Analitik və strateji baxış bacarıqları

Əlavə təminatlar:

  • Korporativ nömrə;

Əmək haqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına əsasən təyin olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş mühasib" adını qeyd edərək ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.