Büdcə planlama üzrə Şöbə Müdiri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 02.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Şirkətlər qrupunun Əsasnamələrini, Qrupdaxili Muhasibat hesablarının istifadəsi və tətbiqini bilməlidir;
  • Şirkətlər qrupunun Maliyyə sturkturunu və əlaqədar şəxsləri tanımalıdır;
  • Logo, SAP Proqramlarını bilməlidir;
  • Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
  • Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;

İş haqqında məlumat: 

  • Büdcə Raporlama xidmətlərinin standartlar və Qrupdaxili prosedurlara uyğun olaraq gerçəkləşdirilməsinin təmin edərək  təqib etmək;
  • Büdcə çalışmalarının büdcə təqvimi daxilində müəssisələr tərəfindən gerçəkləşdirilməsinin  təqibi;
  • Büdcə Sisteminin yeni il üçün proqram üzərindən qurulması;
  • Büdcə hazırlıq dönəmi üçün Büdcə təqviminin istifadəçilərə göndərilməsi;
  • Büdcə Proqramında istifadəçilərin yaradılması;
  • İllik  büdcə çalışmalarında yerinə yetiridiyi bütün vəzifə və məsuliyyətləri büdcə dəyişikliyi zamanında da yerinə yetirmək;
  • Müvafiq müəssisələrdə büdcə prosesində iştirak edərək  hazırlanmış satış, satınalma, investisiya, istehsal və insan resursları büdcələrinin düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
  • Səlahiyyətli müəssisələrlə işbirliyi ilə Büdcə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etmək;
  • Müəssisələr tərəfindən hazırlanmış satış, satınalma, istehsal, marketinq, investisiya, xərc və gəlir büdcələrinin prosedurlara uyğunluğunun yoxlamaq;
  • Konsolidə Büdcə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunmasını təmin etmək;
  • Büdcə/Faktiki  xərc ,gəlir,satış fərqlərinin açıklamalarının Büdcə Proqramına girilməsini səlahiyyətli müəssisələrdən təmin etmək;
  • Rəhbərliyin tələb etdiyi hesabatların hazırlanması , Büdcə Proqramında lazımi  hesabat formalarının yaradılması ,sınaqdan keçirilməsi və tətbiq etmək;
  • Vəzifə səlahiyyətləri çərçivəsində hazırlanan hesabatları Rəhbərinə təqdim etmək və fəaliyyətləri ilə  əlaqəli məlumat vermək;
  • Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar vermək;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb etmək;

İş qrafiki: həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

 

İşəgötürənin reytinqi