Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi

İşin təsviri

Namizədə tələblər:

  • Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsi üzrə (yaşayş və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 3 ildən yuxarı təcrübə;
  • Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
  • Kompyuter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit; 
  • BİM layihələrində iştirakı arzuolunandır;
  • Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik.

Vəzifə öhdəlikləri: 

  • Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
  • Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
  • 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
  • Elektrik yükünün hesablanması;
  • Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
  • Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
  • Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;

İş barədə məlumat:

  • İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün;
  • Əmək haqqı: 1000-1500 AZN.
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.