İşin təsviri
                
                
                                
                Namizədə tələblər:
	- Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə ali təhsil arzu olunandır);
 
	- İKT və tikinti sahəsində 3-5 il  iş təcrübəsi;
 
	- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
 
	- Excel, Word, PowerPoint və AutoCad bilikləri;
 
	- BİM layihələrində iştirak arzuolunandır;
 
	- Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur.
 
Vəzifə öhdəlikləri:
	- Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
 
	- Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə İVK layihələrinin hazırlanması;
 
	- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
 
	- Son modelləşdirmə proqramlarından istifadə edərək, İVK sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
 
	- Boru kəmərlərinin, kanalların və idarəetmə panellərinin yerləşdirilməsinin planlaşdırılması, İVK komponentlərinin quraşdırılması;
 
	- Sistemlərin səmərəli və təhlükəsiz işləməsini təmin etmək üçün keyfiyyət yoxlamalarının aparılması;
 
	- Obyektlərə nəzarət və obyektlərdə görülən işlərin gündəlik hesabatları;
 
	- İşlərin yüksək SƏTƏMM tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.
 
İş barədə məlumat:
	- İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün;
 
	- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
 
	- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  
 
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.