İşə qəbul üzrə mütəxəssis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 01.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil etmək;
  • Uğurlu namizədlərlə bağlı referanslar almaq;
  • Müsahibə nəticələri barədə namizədlərə geridönüş etmək;
  • İşə qəbul hesabatlarını hazırlamaq;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün struktur bölmə rəhbərləri ilə ehtiyac üzrə plan hazırlamaq;
  • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak etmək;

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat və ya idarəetmə ixtisas qrupu);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili-səlis, Rus dili, İngilis dili arzuolunan;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Səlis danışıq qabiliyyəti;
  • Kollektiv ilə işləmə bacarığı;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yeri: Bakı şəhəri Huseynbala Əliyev16
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi