Keyfiyyətə Nəzarət və Komplayns (uyğunluq) üzrə Baş Mütəxəssis

İşin təsviri

İşin təsnifatı:

  • Komplayns (Uyğunluq) siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
  • Komplayns (Uyğunluq) prosedur və müvafiq metodologiya sənədlərinin hazırlanması və tətbiqi;
  • Qanunvericiliyin və digər tənzimləyici sənədlərin tələblərinə uyğunluq üzrə həyata keçirilən nəzarət fəaliyyəti çərçivəsində hesabatlar hazırlayaraq komplayns və SƏTƏMM şöbəsinin rəhbərliyinin məlumatlandırılması və müvafiq təkliflərin verilməsi;
  • Komplayns (Uyğunluq) tələblərinin pozulması halları üzrə effektiv tədbirlər planının hazırlanması;
  • Binaların idarəedilməsi və istismarı, SƏTƏMM üzrə hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Mövcud boşluqların və təkmilləşdirilmə ehtiyacı olan məqamların aşkar edilməsi üçün təşkilatın prosedur və digər müvafiq sənədlərinin davamlı olaraq monitorinqinin aparılması;
  • Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
  • Komplayns (Uyğunluq) risklərinin müəyyənləşdirilməsi məqsədilə təşkilatın əməliyyatlarının təhlili;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
  • Beynəlxalq əmlakın idarəedilməsi və istismarı bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
  • ISO 41001 Facility Management üzrə şirkətin idarəetmə tələblərinin icrasının təşkili;
  • Binaların idarəedilməsi və istismarı üzrə istifadədə olan proqram təminatının müvafiq qaydalara uyğun işlədilməsinə nəzarət;
  • Tənzimləyici sənədlər və prosedurlar üzrə əməkdaşların məlumatlılığı üzrə əminliyin təmin olunması;
  • Əməkdaşların komplayns (uyğunluq) üzrə suallarının cavablandırılması və əlaqəli problemlərin həll oluması;
  • Struktur bölmələr arası kommunikasiyalar, icra və təşkilati proseslər üzrə əlaqələnmələrin analizi;
  • Komplayns istiqaməti üzrə Komplayns və SƏTƏMM şöbəsinin rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər: 

  • Ali təhsil;
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Yüksək kommunikasiya bacarıqları;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Strateji baxış formalaşdırma bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • ISO 41001 standartı üzrə biliklər (üstünlükdür);
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür) rus dili (üstünlükdür).

Xahiş olur CV-lərinizi Komplayns üzrə baş mütəxəssis başlığı altında e-mail ünvanına yollayasınız. 

İşəgötürənin reytinqi

Facility Management Group tərəfindən digər vakansiyalar