İT mütəxəssis

  • IRIX
  • Elanın qoyulma tarixi: 13.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

IRIX (www.irix.az) şirkəti müştərilərinə və digər ehtiyacı olanlara göstərdiyi İT xidmətin səviyyəsini artırmaq məqsədilə komandasına aşağıdakı bilik, bacarıq və şəxsi keyfiyyətlərə malik olan komanda üzvü axtarışındadır.

İT mütəxəssis

Komandamıza qoşulmaq istəyən məsuliyyətli, dürüst, səmimi, komanda uğurunu şəxsi uğurdan üstün tutan və aşağıdakı biliklərə malik olan  şəxslərdən cv-lərini

[email protected]

mail ünvanına göndərmələri xahiş olunur.

Dil biliklərinə olan minimum tələblər:

Azərbaycan dili – Əla
Rus dili – Orta texniki
İngilis dili – Orta texniki

Kompyuter biliklərinə olan minimum tələblər:

Bütün komputer və İT avadanlıqlarını tanımaq, onları xarakterizə və müqayisə edə bilmək
BİOS, Windows 98/XP/7/2003/2008/ ƏS, drayver yaza və yeniləyə bilmək
MS Excel, Word, PowerPoint, Outlook proqramlarını sərbəst istifadə edə bilmək
Fərqli Boot CD növləri ilə sərbəst işləyə bilmək
Sadə simli və simsiz şəbəkə quraşdıra və idarə edə bilmək
Server (AD, Proxy, Mail, Web, WDS, VPN, Terminal və s.) quraşdıra və idarə edə bilmək üstünlükdür.
Kompleks şəbəkə quraşdırma və idarə edə bilmək üstünlükdür
Linux ƏS bilmək üstünlükdür

İşin təsviri

İş vaxtları
1-6 günlər, 09.00 – 19.00

Şirkət və müştərilər üçün komputer yığmaq, şəbəkə və serverlər quraşdırmaq, onların inzibatçılığını həyata keçirmək, texniki dəstək göstərmək
Komputer, şəbəkə və serverlərində və digər texniki avadanlıqlarda yaranan proqram və texniki problemlərin qısa müddətdə diaqnostika olunması və problemlərin aradan qaldırılması
Şirkətin digər işlərində və layihələrdə şirkəti İT cəhətdən dəstəkləmək
Mütəmadi olaraq komandanın işini daha da yaxşılaşdırmaq və effektivliyini artırmaq barədə təkliflər vermək

Əmək haqqı – 300 – 500 AZN