Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Kredit İdarəsinə daxil olmuş istehlak, biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;
  • Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi;
  • Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;
  • Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;
  • Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;
  • Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin  təhlili və simulyasiya edilməsi.

Tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

İşəgötürənin reytinqi