Satış Məsləhətçisi (Kosmetika və baxım)

İşin təsviri

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Beauty konsultant axtarırıq. Gülərüz, daim baxımlı və pozitiv enerji ilə aşıb-daşan, özgüvəni yüksək olan birisənsə, onda bizə lazım olan şəxs məhz sənsən!

  • Gözəllik sahəsində özünü görürsənsə;
  • İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
  • Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
  • Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə,

onda sən bizim axtardığımız beauty konsultantsan!

Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
  • 1000 AZN-ə qədər qazanma imkanı;
  • 6 iş günü, 1 gün istirahət (növbəli iş qrafiki);
  • Evinə yaxın işləmə imkanı;
  • Şirkət daxili ödənişsiz təlimlər;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!

Biz səndən nə gözləyirik:

  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərsən.

İşəgötürənin reytinqi