Audit şöbəsinin müdiri

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
  • Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
  • İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;              
  • Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
  • Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
  • Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
  • Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
  • Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək.

Tələblər:

  • Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə);
  • İnzibati sahədə iş təcrübəsi - 5 il;
  • Yaş həddi 30-45
  • Səlis Azərbaycan, İngilis və Rus dillərin biliyi;
  • 1C proqramında işləmə bacarığı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır);
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə biliklər.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət;
  • Əmək haqqı: 2000-2500 AZN;
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Korporativ nömrə şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D.

Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu bölməsində Audit şöbəsinin müdiri qeyd edərək CV-ni göndərə bilərlər.

İşəgötürənin reytinqi