Ofis menecer

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi, faksların göndərilməsi;
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir; 
  • Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
  • Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunun aparılması;
  • Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
  • Şirkətin əməkdaşlarının işlə bağlı olan təyinat nöqtələrinə çatdırılması üçün logistika işlərinin koordinasiya edilməsi;
  • Ölkə xarici ezamiyyətlər zamanı əməkdaşlar üçün bilet və otel rezervasiyasını təşkil edilməsi;
  • Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar v.s.);
  • Müəssisə direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili v.s.)
  • Rəhbərin imzalayacağı sənədləri nəzərdən keçirməsi, redaktə və korrektə edilməsi;
  • Aylıq hesabatların, təqdimatları hazırlaması və rəhbərə təqdim edilməsi üçün aidiyyatı şöbələri məlumatlandırması;
  • Rəhbər tərəfindən keçirilən iclasların hazırlıq işlərinin aparılması (lazımi materialların toplanılması, iclasın vaxtı və yeri, gündəliyi, qeydiyyatı barədə iştirakçılara məlumat verilməsi), iclas protokollarını tərtib edilməsi, iclas iştirakçılarına mail şəklində göndərilməsi və protokolların arxivlənməsi ;

Vəzifədən irəli gələn səriştələr:

  • Dəqiqlik
  • Diqqətlilik
  • Məsuliyyət
  • Komandada işləmək
  • Stressə davamlılıq
  • Analitik düşünmə qabiliyyəti

Vəzifəyə olan tələblər:

  • Ali təhsil
  • Bütün Microsoft Office proqramları  
  • İş stajı:1 il və yuxarı
  • Yaş həddi: 22 yaş və yuxarı
  • Yüksək səviyyədə İngilis dili və Rus dili biliyi   

Əmək şəraitinin şərtləri:

  • İş yeri Sumqayıt şəhərində yerləşir bu səbəbdən Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
  • İş qrafiki: I-V günlər, saat 09:00-18:00
  • İşə qəbul AR ƏM əsasında
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında

Xahiş edirik, mövzu hissəsində “Ofis menecer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində(foto ilə) e-poçt ünvanına göndərəsiniz.

Qeyd: Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.