İşin təsviri
Əmək funksiyaları:
- Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət etmək.
- Aşkarlanmış pozuntularla bağlı icrası məcburi olan xəbərdarlıqlar vermək .
- Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərini yerinə yetirmələrinə, xüsusi geyim, ayaqqabı və FMV-dən düzgün istifadə etmələrinə nəzarət etmək.
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- İşçilərə təhlükəsizlik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏMM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat hazırlamaq.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
- İstehsalat və metallurgiya sahələrində iş təcrübəsi üstünlükdür
- MC Office proqramlarında sərbəst istifadə bacarığı
- İngilis və Rus dili biliyi üstünlükdür
Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.