Bank kanalları şöbəsinin rəhbəri/müavin

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 20.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə tarifləri müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Mövcud olan fərdi, bank və korporativ müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
  • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
  • Hər bir fərdi və korporativ müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi;
  • Müvafiq növ sığorta məhsullarının cari satışı, görülmüş işlərin vəziyyəti, gündəlik şifahi məruzələrin və yazılı aylıq hesabatların Satış Departamentinin Direktoruna təqdim edilməsi;
  • Satış həcminin artırılması və yeni müştərilərin cəlb edilməsi məqsədi ilə fərdi, bank və digər təşkilatların təmsilçiləri ilə görüşlərin və danışıqların aparılması;
  • Bank kanalları şəbəkəsinin öyrədilməsi və sonrakı inkişafı üzrə səmərəli hazırlığın təmin olunması;
  • Tabeçiliyində olan işçilər arasında iş bölgüsünün düzgün aparılması;
  • Tabeçiliyində olan işçilərin gündəlik, həftəlik və aylıq gördüyü işlərə nəzarət edilməsi;
  • Tabeçiliyində olan işçilərə təhkim olunmuş bank kanalları üzrə satışlara ayrı-ayrılıqda nəzarət edilməsi və işçilərdən müvafiq olaraq hesabatlar alınması;
  • Mövcud bank kanallarının qorunub saxlanılması və yeni bank satış kanallarının cəlb olunması;
  • Bank Kanalları şöbəsinin sığorta məhsullarının yenilənməsinə nəzarət edilməsi;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsi üzrə 4-5 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat ixtisasları üzrə balakavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla.
  • Kompüter bilikləri: MS Office: yaxşı, Outlook: yaxşı.
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyətçilik, detallara diqqət, analitik düşüncə, yaranan şəraitdə tez reaksiya göstərmək, komanda ilə işləmək, təklif olunan məhsulu satmaq və tanıtmaq, iderlik və koordinasiya.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi