Satış məsləhətçisi

  • FDI International
  • Elanın qoyulma tarixi: 18.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Daşınmaz əmlak satışı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil (Satış, marketinq və ya oxşar ixtisaslar üzrə);
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (arzuolunandır);
  • MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
  • Biznes etikası və biznes görünüşə sahib olmalı;
  • Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qurmaq qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı.
  • Satış məsləhətçisi və ya oxşar vəzifə kimi 2-3 il iş təcrübəsi

İş barədə məlumat: 

  • Müştərilərlə danışıqların aparılması və yeni müqavilələrin bağlanması;
  • Müştərilərin tələb və istəklərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallarını geniş şəkildə cavablandırmaq;
  • Satış aksiyaları və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq;
  • Mövcud müştərilərlə işlərin planlaşdırılması - alqı-satqı əməliyyatlarının aparılması, şirkət adından müqavilələrin bağlanması;
  • Müəyyən edilmiş satış hədəflərini razılaşdırılmış müddətlərdə qarşılamaq;
  • Müştəri problemlərini həll etmək və onların ehtiyaclarını ödəmək üçün səy göstərmək və digər şöbələrlə sıx əməkdaşlıq etmək;
  • Müştəri ehtiyacları, problemləri, maraqları, yeni xidmətlər/məhsullar barədə təkliflər haqqında birbaşa rəhbərə hesabat təqdim etmək;
  • Əməkdaşlığı təmin etmək üçün marketinq komandası ilə işləmək, daşınmaz əmlakla bağlı konfranslarda, tədbirlərdə və s. iştirak etmək;
  • Gündəlik, aylıq, illik hesabatları rəhbərliyə təqdim etmək.
  • Müştərilərə şirkətin bundan öncəki, hazırda və gələcəkdə inşa ediləcək layihələr barəsində ətraflı məlumatın verilməsi.

Namizədlərdən şəkilli CV-lərini qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.