Konsyerj (Receptionist)

  • FDI International
  • Elanın qoyulma tarixi: 14.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: “Bayıl Bay”

İş yeri: Ofis

Namizədə tələblər:

  • Ali təhsil (Hotel, turizm və ya müvafiq sahə üzrə bakalavr dərəcəsinə üstünlük verilir)
  • Azərbaycan və İngilis dili – sərbəst, Rus dili - orta
  • Konsyerj və ya oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi.
  • Yüksək mədəniyyətə malik olmalı və beynəlxalq etiket qaydalarını bilməli, xarici görünüş standartlarına uyğun olmalıdır.
  • Əla ünsiyyət və müştəri xidməti bacarıqları.
  • Problem həll etmə bacarığı.

İş barədə məlumat: 

  • Daxil olan zənglərin/sorğuların qəbulu, qeydiyyatı, icra olunması və ya yönədilməsi;
  • Yönəldilən sorğuların statuslarını izləmək və yaranmış problemlər haqqında məlumatı vaxtında ötürmək;
  • Daxili hesabatların aparılması (statistik, maliyyə (qəbul olunmuş ödənişlər və s.);
  • Qonaqlara yaşayış sektoru, dəhliz və holların təchizatının vəziyyəti, avadanlıqlardan istifadə qaydaları haqqında vaxtında və düzgün məlumat vermək;
  • Bütün bölmələrin və xidmət sahələrinin iş rejimini, o cümlədən restoranı, obyektlərin sahələrinin təchizatını və avadanlıqları bilməli, sakinlərə, gələn qonaqlara vaxtında və doğru məlumat vermək;
  • İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
  • AR Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
  • Əmək haqqı: 800 AZN .

 Qeyd: 

İş yeri Bayıl qəsəbəsi, “Dünya Göz” Klinikasının yanında yerləşir.

Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.