SMM (Sosial Media Marketinqi) mütəxəssis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • SMM strategiyasının hazırlanması – hədəf auditoriyanın müəyyən edilməsi və onun maraqlarının öyrənilməsi;
  • Sosial şəbəkələrdə hesabların yaradılması və idarə olunması;
  • Dövlətə dair rəsmi çıxışların, sosial hesablardakı paylaşımların, sərəncam və əmrlərin daim izlənməsi və paylaşılması;
  • Bayram və anım günlərində, əlamətdar hadisələr barədə xüsusi postların operativ şəkildə hazırlanıb yayımlanması;
  • Mütəmadi olaraq KİV və sosial şəbəkələrin monitorinqinin həyata keçirilməsi  və təhlilin aparılması;
  • Kontent və postların hazırlanması (foto, video, mətn); 
  • Paylaşımların vaxtında və qüsursuz şəkildə yayımlanması;
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə Dair Tələblər:

  • Ali təhsil (Marketinq, iqtisadiyyat)
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Komandada işləmək və təşkilatçılıq bacarığı;
  • Peşəkar səviyyədə təqdimat və ünsiyyət və bacarığı;
  • Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi, rus və ingilis dilləri biliyi üstünlükdür;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması;
  • Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 1400 AZN

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “SMM mütəxəssis” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar