Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, beynəlxalq əlaqələrin qurulması, satış imkanlarının öyrənilməsi;
Beynəlxalq bazarda mövcud olan müştərilərin analiz olunması və potensial yeni müştərilərin cəlb edilməsi;
Şirkət məhsullarının tanıdılması istiqamətində görüşlərin təşkil edilməsi;
Yeni müştərilər ilə müqavilə bağlanması və ödənişin izlənməsi;
Məhsulun xarici bazarda (sərgi, konfrans və digər beynəlxalq platformalarda) tanıdılmasının təmin edilməsi, satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması;
Məhsul ixracı ilə bağlı sənədləşmələrin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrasına nəzarət edilməsi;
Məhsulun ixracı zamanı logistik prosesə nəzrət edilməsi;
İxrac prosesi ilə bağlı xarici ölkələrə səfərlərin edilməsi.
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsinin müəyyən edilməsi, analizlər aparılmaqla çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin təqdim edilməsi;
Cari ixrac prosesinin vəziyyəti, xarici bazarda məhsulun mövqeyi və digər məlumatları özündə əks etdirən hesabatların hazırlanması və təqdim edilməsi;
Tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
İstehsalat və metallurgiya sahələrində satış təcrübəsi üstünlükdür
Xarici səfərlərə/ezamlara hazır olmalı
Yüksək səviyyədə İngilis və Rus dili biliyi
Baku Steel Company CJSC tərəfindən digər vakansiyalar