Emosiya, hiss və əhval-ruhiyyə
İnsanlar tez-tez emosiyalar, hisslər və əhval-ruhiyyə terminlərini bir-birinin əvəzində işlədirlər, lakin həmin terminlər əslində fərqli mənaları ifadə edirlər. Emosiyalar stimullara reaksiyadır, lakin hisslər emosiyaların nəticəsində yaşadığımız şeydir.
Emosiya adətən qısa müddətli, lakin intensiv olur. Duyğuların da müəyyən edilən və eyniləşdirilə bilən səbəbi ola bilər. Hisslər vəziyyəti qavrayışımızdan təsirlənir, buna görə də eyni emosiya onu yaşayan insanlarda fərqli hisslər yarada bilər.
Dostunuzla razılaşmadığınızı nümunə götürün. Hər ikiniz qəzəb hissi keçirərək söhbətdən uzaqlaşa bilərsiniz. Qəzəbiniz məyusluq kimi görünə bilər, çünki siz danışdığınız zaman dostunuzun sizi heç vaxt dinləmədiyini hiss edirsiniz. Dostunuzun qəzəbi isə qısqanclıq kimi görünə bilər, çünki o, sizin mövzu haqqında ondan daha çox məlumatlı olduğunuzu hiss edir.
Hər ikiniz eyni emosiyaya sahibsiniz, lakin ayrı-ayrı şərhlərinizə görə hissləriniz fərqlidir.
Əhval-ruhiyyəni müvəqqəti emosional vəziyyət kimi təsvir etmək olar. Bəzən əhval-ruhiyyə aydın səbəblərdən qaynaqlanır - bu həftə hər şeyin istədiyiniz şəkildə getdiyini hiss edə bilərsiniz, buna görə də şən əhval-ruhiyyədəsiniz. Ancaq bir çox hallarda əhvalın konkret səbəbini müəyyən etmək çətin ola bilər. Məsələn, heç bir aydın, müəyyən edilə bilən səbəb olmadan bir neçə gün özünüzü tutqun hiss edə bilərsiniz.
Aşağı əhval-ruhiyyə və ya çətin emosiyalarla mübarizə aparırsınızsa, narahatlığınız barədə bir həkim və ya psixi sağlamlıq mütəxəssisi ilə danışın. Onlar sizə ən yaxşı hisslərinizə qayıtmağınıza kömək edə biləcək dəstək, rəhbərlik və həll yolları təklif edə bilərlər.
Suallar
1. Əhval-ruhiyyə və emosiya eyni mənaları verir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
2. Emosiya üzünmüddətli olmur.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
3. Emosiya üzünmüddətli olsaydı, intensiv olmazdı.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
4. Eyni emosiyalar həmişə fərqli hisslər yaradır.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
5. Əhval-ruhiyyə həmişə aydın səbəblərdən
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
Düzgün cavablar
Səhv 1. Əhval-ruhiyyə və emosiya eyni mənaları verir.
İzahı: Mətndə vurğulanır: İnsanlar tez-tez emosiyalar, hisslər və əhval-ruhiyyə terminlərini bir-birinin əvəzində işlədirlər, lakin həmin terminlər əslində fərqli mənaları ifadə edirlər.
qiymətləndirilməsi mümkünsüz 2. Emosiya üzünmüddətli olmur.
İzahı: Mətndə emosiyanın adətən qısa müddətli olduğu vurğulanır.
qiymətləndirilməsi mümkünsüz 3. Emosiya üzünmüddətli olsaydı, intensiv olmazdı.
İzahı: Mətndə emosiyanın uzunmüddətli olma şərtləri deyil, adətən qısa müddətli olduğu vurğulanır.
qiymətləndirilməsi mümkünsüz 4. Eyni emosiyalar həmişə fərqli hisslər yaradır.
İzahı: Mətndə emosiyaların yalnız eyni və ya yalnız fərqli hisslər yaratması barədə məlumat yoxdur.
Səhv 5. Əhval-ruhiyyə həmişə aydın səbəblərdən qaynaqlanır.
İzahı: Mətndə bəzən əhval-ruhiyyənin aydın səbəblərdən qaynaqlandığı vurğulanır. Deməli, adətən əhval-ruhiyyənin səbəblərdən aydın olmur.
Rəqabət və çeviklik
Artan rəqabət şəraitində hər bir müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsi ön plana çıxır. Rəhbərliyin daimi səyləri nəticəsində rəqabətdə qələbə qazanmağa və məqsədlərinə çatmağa diqqətini artıran müəssisələrin sayı artır.
Qlobal böhran hadisələri kontekstində xarici mühitin dəyişkənliyinin artması və müəssisələrin rəqabət üstünlüklərinin formalaşması və həyata keçirilməsinin bir çox aspektlərinin kifayət qədər elmi-metodiki inkişafı ilə əlaqədar davamlı rəqabət qabiliyyətinin inkişafı problemi xüsusilə aktuallaşıb. Müəssisələrin rəqabət qabiliyyətinin idarə edilməsi problemi praktiki baxımdan da aktualdır, çünki müəssisənin idarə edilməsi rəqabət qabiliyyətinin qiymətləndirilməsinin müasir metodları və rəqabət strategiyalarının işlənib hazırlanması mexanizmləri ilə tam təchiz olunmur. Bu barədə elmi-metodik əsərlərin yaradılmasının məqsədi rəqabət nəzəriyyəsinin əsas prinsiplərini və müəssisənin rəqabət qabiliyyətinin idarə edilməsinin metodik vasitələrini öyrətməkdir. Rəqabət qabiliyyətinin müəyyənləşdirilməsi mikroiqtisadiyyatın əsas müddəaları, sahə iqtisadiyyatı və bazarları, ilk növbədə sahibkarlıq subyektlərinin davranışı və sənayenin təşkilinin xüsusiyyətləri ilə bağlı biliklərin olmasını şərtləndirir. Bu baxımdan yaranan elmi-metodik əsərlərdə rəqabət nəzəriyyəsinin təkamülünə, onun statik və dinamik modellərinə, rəqabətqabiliyyətliliyin çoxsəviyyəli və çoxaspektli iqtisadi kateqoriya kimi öyrənilməsi metodologiyasına mühüm diqqət yetirilir.
Suallar
1. Yalnız artan rəqabət şəraitində müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsi yaranır.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
2. Stabil rəqabət şəraitində müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsi olmur.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
3. Rəhbərliyin daimi səyləri nəticəsində rəqabətdə qələbə qazanan və məqsədlərinə çatan müəssisələrin sayı artır.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
4. Müəssisələrin rəqabət qabiliyyətinin idarə edilməsində dəyişikliklərə ehtiyac var.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
5. Müəssisələrin rəqabət qabiliyyətinin yüksəlməsində yeni yaranan elmi-metodik əsərlərin mühüm əhəmiyyəti var.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
Düzgün cavablar
Səhv 1. Yalnız artan rəqabət şəraitində müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsi yaranır.
İzahı: Mətndə artan rəqabət şəraitində hər bir müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsinin yaranması deyil, onun ön plana çıxması vurğulanır (Ön plana çıxırsa, deməli əvvəl də olub, sadəcə olaraq ön planda olmayıb).
Qiymətləndirilməsi mümkünsüz 2. Stabil rəqabət şəraitində müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsi olmur.
İzahı: Mətndə artan rəqabət şəraitində hər bir müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsi vurğulanır. Müəssisə üçün öz rəqabət qabiliyyətini qorumaq və artırmaq vəzifəsinin azalan və ya stabil rəqabət şəraitində olub-olmadığı bilinmir.
Qiymətləndirilməsi mümkünsüz 3. Rəhbərliyin daimi səyləri nəticəsində rəqabətdə qələbə qazanan və məqsədlərinə çatan müəssisələrin sayı artır.
İzahı: Mətndə rəhbərliyin daimi səyləri nəticəsində rəqabətdə qələbə qazanan və məqsədlərinə çatan müəssisələrin sayının artması deyil, rəhbərliyin daimi səyləri nəticəsində rəqabətdə qələbə qazanmağa və məqsədlərinə çatmağa diqqətini artıran müəssisələrin sayının artması vurğulanır.
Doğru 4. Müəssisələrin rəqabət qabiliyyətinin idarə edilməsində dəyişikliklərə ehtiyac var.
İzahı: Mətndə müəssisələrin rəqabət qabiliyyətinin idarə edilməsi probleminin praktiki baxımdan da aktual olduğu və buna səbəb kimi rəqabət qabiliyyətinin qiymətləndirilməsinin müasir metodları və rəqabət strategiyalarının işlənib hazırlanması mexanizmləri ilə tam təchiz olunmaması göstərilir (Problem — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiyadır).
Qiymətləndirilməsi mümkünsüz 5. Müəssisələrin rəqabət qabiliyyətinin yüksəlməsində yeni yaranan elmi-metodik əsərlərin mühüm əhəmiyyəti var.
İzahı: Mətndə vurğulanır ki, yaranan elmi-metodik əsərlərdə rəqabət nəzəriyyəsinin təkamülünə, onun statik və dinamik modellərinə, rəqabətqabiliyyətliliyin çoxsəviyyəli və çoxaspektli iqtisadi kateqoriya kimi öyrənilməsi metodologiyasına mühüm diqqət yetirilir.
Zorakılıq ilə bağlı xəbərlərin psixoloji təsirinin nəticələri
KİV-də zorakılıq ilə bağlı məlumatların çoxalması və çılpaq şəkildə təqdim edilməsi cəmiyyətdə zorakılığa meyilləri artırmaqla yanaşı oxucu və ya tamaşaçılarda müəyyən psixoloji xəstəliklər də yaradır: "Bəzən avtomobil qəzasında insan vəfat edir, onun ölüm prosesini və ya cəsədini yaxın planda göstərirlər. Axı onu göstərməmək də olar. Çünki ona baxan insan psixi travma alır, müxtəlif fobiyalar (qorxular) yaranır. Burada daha çox əziyyət çəkən tamaşaçılar və oxucular, xüsusən də yeniyetmələrdir. Çünki informasiya açıqdır və hər kəs onu oxuya və ya izləyə bilər."
Belə xəbərlərin çoxalması elə zorakılığın təbliği, yəni “şüuraltı infeksiya”dır və insan zaman-zaman o yola getməyə başlayır. Zorakılıqlarla bağlı məlumatları mütəmadi yaymaqla əslində biz insanları həmin yola sürükləyirik. Bu zəhərlənmə isə günlərin birində mütləq öz acı fəsadlarını göstərir. Rəsmi məlumatlara görə, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin sayı artıb. Ailədaxili münaqişələr zamanı ağır cinayətlərin baş verməməsi üçün vacib olanların sırasında insanların maarifləndirilməsi və zorakılıqla bağlı məlumatların xəbər kimi təqdim edilməməsi də vardır. Burada inzibati tədbirlərlə çox az şeyə nail olmaq olar. Yaxşı olardı ki, televiziyalarda gecə saatlarında kriminal xəbərlər göstərilməsin, həm intihar, həm də cinayət hadisələri xəbər kimi yox, təhlil kimi verilsin. İstər televiziyalarda, istərsə də internet portallarında hər kəs fərdi məsuliyyətini anlasa, düşünürəm ki, vəziyyət müəyyən qədər tənzimlənər.
Suallar
1. Zorakılıq ilə bağlı məlumatların çoxalması cəmiyyətdə psixoloji xəstəliklər yaradır.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
2. Fobiyaların yaranmasının əsas səbəbi KİV-də yer alan bəzi verilişlərdir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
3. Şüuraltı infeksiya insanları zorakılığa istiqamətləndirir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
4. Ailədaxili münaqişələr zamanı ağır cinayətlərin baş verməməsi üçün insanların maarifləndirilməsi və zorakılıqla bağlı məlumatların xəbər kimi təqdim edilməməsi kifayətdir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
5. Televiziyalar gecə saatlarında kriminal xəbərlər də göstərilir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
Düzgün cavablar
qiymətləndirilməsi mümkünsüz 1. Zorakılıq ilə bağlı məlumatların çoxalması cəmiyyətdə psixoloji xəstəliklər yaradır.
İzahı: Mətndə zorakılıq ilə bağlı məlumatların çoxalmasının deyil, KİV-də belə məlumatların çoxalmasının və çılpaq şəkildə təqdim edilməsinin müəyyən psixoloji xəstəliklər yaratması vurğulanır.
qiymətləndirilməsi mümkünsüz 2. Fobiyaların yaranmasının əsas səbəbi KİV-də yer alan bəzi verilişlərdir.
İzahı: Mətndə fobiyaların yaranmasının əsas səbəbinin KİV-də yer alan bəzi verilişlər olması deyil, KİV-ə baxan insanın psixi travma alması, müxtəlif fobiyalarının (qorxularının) yaranması vurğulanır.
doğru 3. Şüuraltı infeksiya insanları zorakılığa istiqamətləndirir.
İzahı: Mətndə vurğulanır: Belə xəbərlərin çoxalması elə zorakılığın təbliği, yəni “şüuraltı infeksiya”dır və insan zaman-zaman o yola getməyə başlayır. Zorakılıqlarla bağlı məlumatları mütəmadi yaymaqla əslində biz insanları həmin yola sürükləyirik.
səhv 4. Ailədaxili münaqişələr zamanı ağır cinayətlərin baş verməməsi üçün insanların maarifləndirilməsi və zorakılıqla bağlı məlumatların xəbər kimi təqdim edilməməsi kifayətdir.
İzahı: Mətndə ailədaxili münaqişələr zamanı ağır cinayətlərin baş verməməsi üçün insanların maarifləndirilməsinin və zorakılıqla bağlı məlumatların xəbər kimi təqdim edilməməsinin kifayətliliyi yox, ailədaxili münaqişələr zamanı ağır cinayətlərin baş verməməsi üçün vacib olanların sırasında insanların maarifləndirilməsinin və zorakılıqla bağlı məlumatların xəbər kimi təqdim edilməməsinin də olduğu vurğulanır.
Doğru 5. Televiziyalar gecə saatlarında kriminal xəbərlər də göstərilir.
İzahı: Mətndə vurğulanır: Yaxşı olardı ki, televiziyalarda gecə saatlarında kriminal xəbərlər göstərilməsin. Deməli, televiziyalarda gecə saatlarında kriminal xəbərlər göstərilir.
Paylaşma iqtisadiyyatı
Paylaşma iqtisadiyyatı və ya birgə istehlak bu malların fərdi mülkiyyəti əvəzinə mal və xidmətlərin kollektiv istifadəsinə, icarəyə və ya barterə əsaslanan iqtisadi modeldir. Paylaşmanın ən çox yayılmış formaları avtomobil paylaşımı, axın xidmətləri, qısamüddətli mənzil kirayələri, kitabxanalar və kovorkinq məkanlarıdır. Siz hər şeyi kəsə bilərsiniz - paltarlardan, arzuolunmaz yeməklərdən və alətlərdən heyvanlara və hətta kompost çuxurlarına qədər!
Paylaşım modelinin əsas üstünlüyü onun çevik olmasıdır. Əgər XX əsrin sonunda uğurun göstəricisi maddi sərvət — mənzil, avtomobil, və başqa qiymətli əşyalar idisə, indi xoşbəxtlik anlayışı dəyişdirilir və hərəkətliliyin dəyəri artır. Məsələn, bir çox insanlar şəxsi avtomobillərindən imtina edərək avtomobilin paylaşılması lehinə belə bir alışı ödəyə bilmədiklərinə görə deyil, onun təmiri və saxlanmasına vaxt və pul xərcləməyə ehtiyac duymadıqları üçün gedirlər. Malları müvəqqəti əldə etmək onlara sahib olmaqdan daha rahatdır.
Bundan əlavə, birgə istehlak ekoloji cəhətdən təmiz və qənaətcildir. Məsələn, bir axşam üçün qəşəng bir paltar icarəyə götürə bilərsiniz - beləliklə, o, illərlə şkafda toz yığmayacaq, lakin öz funksiyasını onlarla dəfə yerinə yetirəcək. Geyim icarəsi geniş yayılarsa, onun artıq istehsalı aradan qalxmağa başlayacaq və nəticədə ətraf mühitə mənfi təsir azalacaq.
Paylaşım konsepsiyasının müəllifləri bunu “Mənim olan şey sənindir: Birgə istehlakın yüksəlişi” kitabında mal və xidmətlərin istehlakında inqilab kimi təsvir edən Reyçel Botsman və Ru Rocersdir. 2010-cu ildə Time jurnalı paylaşmağı dünyanı dəyişdirəcək on ideyadan birini adlandırdı.
Hal-hazırda paylaşma iqtisadiyyatı həmişəkindən daha sürətlə inkişaf edir, çünki bu model birbaşa istehsalçı və istehlakçı arasında əlaqə yaradır, vasitəçilərin iştirakını aradan qaldırır: insanlar xüsusi proqramlar və sosial şəbəkələr vasitəsilə asanlıqla uyğun məhsul və ya xidməti tapa bilirlər.
Suallar
1. Paylaşma modelinin onun çevikliyindən başqa da üstünlüyü var.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
2. Paylaşma modelinin çevikliyi onun əsas üstünlüklərindən biridir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
3. XXI əsrə qədərki dövrdə uğurun göstəricisi maddi sərvət idi.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
4. Mallara sahib olmaq onları müvəqqəti əldə etməkdən daha çətindir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
5. Geyim istehsalı ətraf mühitə mənfi təsir göstərir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
Düzgün cavablar
doğru 1. Paylaşma modelinin onun çevikliyindən başqa da üstünlüyü var.
İzahı: Mətndə paylaşım modelinin əsas üstünlüyünün onun çox çevikliliyində olması vurğulanır. Əsas üstünlük vurğulanırsa, deməli, paylaşma modeli ən azı başqa bir üstünlüyə də malikdir.
səhv 2. Paylaşma modelinin çevikliyi onun əsas üstünlüklərindən biridir.
İzahı: Mətndə paylaşım modelinin çevikliliyinin əsas üstünlüklüklərdən biri olması deyil, əsas olması vurğulanır.
qiymətləndirilməsi mümkünsüz 3. XXI əsrə qədərki dövrdə uğurun göstəricisi maddi sərvət idi.
İzahı: Mətndə maddi sərvətin XXI əsrə qədərki dövrdə uğurun göstəricisi olması deyil, XX əsrin sonunda olması vurğulanır.
doğru 4. Mallara sahib olmaq onları müvəqqəti əldə etməkdən daha çətindir.
İzahı: Mətndə malları müvəqqəti əldə etməyin onlara sahib olmaqdan daha rahat olması vurğulanır.
doğru 5. Geyim istehsalı ətraf mühitə mənfi təsir göstərir.
İzahı: Mətndə vurğulanır ki, geyim icarəsi geniş yayılarsa, onun artıq istehsalı aradan qalxmağa başlayacaq və nəticədə ətraf mühitə mənfi təsir azalacaq.
Dayanıqlılıq
Dayanıqlılıq planetimizdə hazırda yaşayan və gələcəkdə yaşayacaq hər kəs üçün keyfiyyətli həyat yaratmaq və onu qoruyub saxlamaq üçün vacibdir. Bunun insanların zehni və fiziki sağlamlığının qorunması, toplumun ruhlandırılması, insanlarla ədalətli rəftar, onların kifayət dərəcədə mənzil, ərzaq və zəruri xidmətlərlə təmin edilməsini əhatə edən sosial tərəfi də mövcuddur. Sağlam cəmiyyət sağlam insanlara ehtiyac duyur. Ədalətsiz rəftar və ya davamlı olaraq keyfiyyətsiz həyatla üzləşən insanlar – artıq dünyanın müxtəlif yerlərində olduğu kimi – gec-tez etiraz edəcəklər. İşçiləri ilə onları həvəsləndirəcək və işə maraq oyadacaq şəkildə rəftar etməyən müəssisələrin uğurlu fəaliyyəti uzun çəkməz. Ekoloji resursların məhdud olduğunu, bərabər paylanmadığını, etdiyimiz hər şeyin təsirinə məruz qaldığını öyrənirik. Təbii ehtiyatların və ekosistem xidmətlərinin qlobal təchizatı kəskin azalır, resurslara olan tələbat isə artır. Nəhayət, aydın məsələdir ki, maliyyə dayanıqlılığı olduqca mühüm əhəmiyyət daşıyır. Bu dayanıqlılığa o zaman nail olmaq mümkündür ki, müəssisənin bazara çıxardığı məhsul və xidmətlər xərcləri ödəyəcək və mənfəət gətirəcək qiymətlə realızə olunsun. Maliyyə dayanıqlılığı olan müəssisələrdə uzunmüddətli mənfəətlilik qısamüddətli gəlirdən üstündür.
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkə dayanıqlı inkişaf üzrə yeni gündəliyin bir hissəsi kimi 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM-lər) qəbul etmişdir. Qlobal Məqsədlər adlandırılan DİM-lər yoxsulluğu aradan qaldırmaq, planeti qorumaq və bütün insanların sülh şəraitində və firavan şəkildə yaşamasını təmin etmək üçün universal çağırış xarakteri daşıyır.
Suallar
1. Dayanıqlılıq olmasa, planetimizdə insanlar üçün keyfiyyətli həyat mümkün olmayacaq.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
2. Sağlam cəmiyyətdə sağlam insanlar formalaşır.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
3. Müəssisənin bazara çıxardığı məhsul və xidmətlər yalnız xərcləri ödəyəcək qiymətlə realızə olunsa maliyyə dayanıqlılığı mövcud olar.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
4. Qlobal məqsədlər 2015-ci ildə müəyyən edilmişdir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
4. Qlobal məqsədlər 2015-ci ildə müəyyən edilmişdir.
- Doğru
- Səhv
- qiymətləndirilməsi mümkünsüz
Düzgün cavablar
Doğru 1. Dayanıqlılıq olmasa, planetimizdə insanlar üçün keyfiyyətli həyat mümkün olmayacaq.
İzahı: Mətndə vurğulanır ki,dayanıqlılıq planetimizdə hazırda yaşayan və gələcəkdə yaşayacaq hər kəs üçün keyfiyyətli həyat yaratmaq və onu qoruyub saxlamaq üçün vacibdir.
Qiymətləndirilməsi mümkünsüz 2. Sağlam cəmiyyətdə sağlam insanlar formalaşır.
İzahı: Mətndə sağlam cəmiyyətin sağlam insanlara ehtiyac duyduğu vurğulanır.
Səhv 3. Müəssisənin bazara çıxardığı məhsul və xidmətlər yalnız xərcləri ödəyəcək qiymətlə realızə olunsa maliyyə dayanıqlılığı mövcud olar.
İzahı: Mətndə müəssisənin bazara çıxardığı məhsul və xidmətlərin xərcləri ödəyəcək və mənfəət gətirəcək qiymətlə realızə olunması maliyyə dayanıqlılığının şərtləri kimi vurğulanır.
Qiymətləndirilməsi mümkünsüz 4. Qlobal məqsədlər 2015-ci ildə müəyyən edilmişdir.
İzahı: Mətndə 2015-ci ildə dayanıqlı inkişaf üzrə yeni gündəliyin bir hissəsi kimi 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM-lər) qəbul edilməsi vurğulanır, amma DİM-in 2015-ci ilə qədər olub-olmaması barədə məlumat yoxdur (DİM-lər qlobal məqsədlər adlandırılır).
Qiymətləndirilməsi mümkünsüz 5. DİM-lər yoxsulluğun aradan qaldırılmasını təmin edəcəkdir.
İzahı: Mətndə DİM-lərin yoxsulluğu aradan qaldırmaq üçün universal çağırış xarakteri daşıdığı vurğulanır.
Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.