Uğurun ən böyük sirlərindən biri nə vaxt tərk etməli olduğunu bilməyindir. Düzgün istefa məktubu ilə bunu məmnuniyyətlə edəcəksən və müdürünlə də əlaqələrin yaxşı olaraq qalacaq.

Düzgün şəkildə xəbər edin. Yerinizi doldurmaq üçün müdürünüzə müvafiq zaman vermək sadə nəzakət qaydasıdır. Əgər işiniz mürəkkəbdirsə müdürünüzün dəyişikliyi yerbəyer etmək üçün vaxta ehtiyacı olacaq. Ən azı 2 həftədən öncə xəbərdar edin.

Təşəkkür edin. Nankor biri olaraq xatırlanmaq istəmirsinizsə bunu edin. İş zamanı olan xoş xatirələrinizi yazın. Bu işin sizin karyeranıza necə gözəl təsir etdiyini vurğulayın.

Peşəkar olun. Hörmətli və nəzakətli olun. Məktubunuzda hissi və mübahisəli sözlərdən istifadə etməyin. Peşəkarsınız, buna görə də peşəkar kimi tərk edin.

«Sendviç texnikası»nda istifadə edin. Gediş xəbərinizi yumşaltmaq üçün müsbət şərhlər yazın.

Nümunə:

Hörmətli *** Son 3 il ərzində *** şirkətində işləmək mənim üçün üstünlük idi. Bu məktub 2 həftə sonra üçün bildirişdir. Mənim son iş günüm 28 fevral 2014-cü il olacaq. Burada işlədiyim müddətdə qazandığım dəyərli təcrübə və praktik dərslər üçün sizə minnətdaram. Hörmətlə: *** Ad Soyad: ***

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

14.06.2020