Bərbad rezüme. Hazırda internetdə çoxlu rezüme şablonları və onun necə təşkil edilməsinə dair məsləhətlər var. Oxuyun, baxın, düzəldin. . Ən yaxşı CV şablonunu axtarıb seçin və lazımi məlumatları doldurun. Mütəmadi olaraq “vizit kartınız” sayılan bu rezümeni yeniləyin. Rezüme təşkil edərkən qətiyyən yol verməməli olduğunuz hal yalan məlumat daxil etmək və özünüzə əlavə bacarıqlar uydurmaqdır. Onsuz da bunun üstü gec-tez açılacaq. Gopa basmadan, səliqəli şəkildə bilik və bacarıqlarınızı CV-də yerləşdirin.

Məhdud iş axtarışı çevrəsi. Yalnız dost-tanışlakifayətlənməyin. İş axtarışı prosesinə elə iş kimi yanaşın. Bununla sistemli şəkildə məşğul olun və gününüzün bir neçə saatını qeydlər etməyə, kontaktlar tapmağa sərf edin. Sizi maraqlandıran şirkətlərin HR menecerlərinə özünüz zəng edin. Bunda utanılacaq bir şey yoxdur, əksinə bu bazarın təhlilidir.

Passiv olmaq. Rezüme göndərdiniz, bir-iki yerdən cavab aldınız, standart “Biz sizinlə əlaqə saxlayarıq!” cümləsini eşitdiniz, bəxtniz gətirsə bir müsahibəyə getdiniz və … gözləntilər içərisində dondunuz. Çəkinməyin, mütəmadi olaraq özünüzü xatırladın, yazın, zəng edin. Artıq müsahibədə iştirak etmisinizsə, sonda cavabı nə vaxt ala biləcəyinizlə də maraqlanın.

Müsahibəyə qeyri-ciddi münasibət. Potensial rəhbər, kadrlar şöbəsinin müdiri və yaxud İR ilə söhbət işə qəbul olunmağa zəmanət vermir, lakin yaxşı təəssürat əhəmiyyətli dərəcədə şirkətdə yer almaq şansını yüksəldir.Çalışın intervyu zamanı ciddi, peşəkar, işə həvəsli insan imici yaradasınız. Düşük zarafat, yerlibazlığa işarə, şirkətin məhsullarını və indiki işini bəyənmədiyiniz haqda yersiz sözlər olmaz.

Busy.az saytını mütəmadi izləməmək. Ən yaxşı, premium işləri izləmək, iş bazarında hansı növ vakansiyaların trenddə olduğunu bilmək üçün ən məsləhətli sayt kimi busy.az saytına tez-tez daxil olun, yeni iş imkanlaırnı dəyərləndirin.

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

14.06.2020