Bu yaxınlarda mən bir karyera məsləhət saytına daxil olmuşdum və bir xanım göndərdiyi “CV”nin cavabsız qalmağından şikayətlənirdi. Məncə, indi iş axtaran hər kəs bu problemlə üzləşir, çünki son zamanlar bu adı hala çevrilib. Sənə görə ədalətsiz sayılan bu hərəkəti münasibət bildirmədən, aşağıda bunun niyə baş verdiyini aydınlaşdırmağa çalışaq. Əminəm ki, əgər sən bu məsələyə işəgötürən tərəfindən baxsan, iş axtarma strategiyanı daha uğurlu tərtib edə bilərsən.

Niyə namizədlər (hətta müsahibəyə dəvət olunanlar belə) və “CV”lər çox vaxt cavabsız qalır?

1. Bugünki iş bazarında iş axtaran namizədlər həddindən artıq çoxdur və internetin köməyi ilə istənilən işə tez bir zamanda müraciət etmək xeyli asanlaşıb. İnsanlar kütləvi şəkildə iş bazarına müraciət edirlər. Əvvəllər işəgötürənlər hər bir vəzifə üçün təxminən 10-a yaxın müraciət alırdılar və onların hər birinə şəxsən cavab verirdirlər. İndi isə işəgötürənlər internetə yerləşdirdikləri və hətta artıq dolu olan hər bir vəzifə üçün yüzlərlə müraciət alırlar. Amma müraciət edənlər arasında öz əlaqə məlumatlarını yalnış bildirənlərin sayı inanılmaz dərəcədə çoxdur! Bir neçə misal gətirim… “CV” və motivasiya məktubunda müxtəlif telefon nömrələri qeyd olunur. Və ya, “CV”də qeyd olunan nömrəyə zəng edərkən, səsli mesaj başqa insanın adını deyir. Digər bir hal isə zəngə namizədin dostunun cavab verməsidir. Ən maraqlısı isə, namizədlər iş axtarışını sirr tutmalarına baxmayaraq, hazırda çalışdıqları iş yerinin nömrəsini qeyd etmələridir. Zəng gələndə isə onlar ya pıçıltı ilə danışır, ya da vahiməyə düşürlər. “Email” və ya poçt ünvanı kimi digər əlaqə məlumatlarına gəlincə, çox vaxt onlayn müraciətdə onlar ya qeyd olunmur, ya da səhv yazılır. İşəgötürənlər isə bunun əlehinədir. Ona görə də onlar hər bir müraciətə cavab vermək üçün can atmırlar.

2.Bir çox işəgötürənlər iş elanı yerləşdirdiklərində qəbul edilən müraciətlərə hansı qaydada baxacaqlarını əvvəlcədən müəyyən edirlər. Bu proses zamanı iş üçün müraciət edən namizədlərlə ünsiyyətdə olmaq nəzərdə tutulmur və onlar bunu etmirlər. Bunun əvəzində bir işçi müraciətlərin axınını qəbul edib, onları işəgötürənlərə yönəldir. Bu, o deməkdir ki, bu işlə təkcə bir nəfər məşğul olmur. Müraciətləri qəbul edib onları təstiqləyəndən sonra, həmin işçi bu müraciətlərlə sonradan nə baş verdiyini bilmir. İşəgötürənlər isə yoxlamadan keçən müraciətləri qəbul etdikdə namizədlərli heç bir əlaqələri olmadığından (axı onlar heç görüşməyiblər) onlara cavab vermək üçün özlərini məsuliyyətli hiss etmirlər və buna ehtiyac duymurlar.

3.Bir çox işəgötürənlər işə qəbul etmək üçün (hər halda, bəzi vəzifələrə) konkret vaxt təyin etmirlər. Tam perspektivi olmayan namizədlərdən müsahibələr götürsələr belə onları işə qəbul etməmək qərarı vermirlər. Əslində, onlar heç vaxt bu namizədləri işə qəbul etmək qərarı da vermirlər. Bu bir az alış-verişə bənzəyir: sənin hər hansı bir əşyanı almaq üzrə olduğun an “salmayacağam” fikri ağlından keçmir. O an bu əşyanı almaqda qəti qərarlısan. Amma sonda yenə də, heç nə almırsan.

Mən bütün bunların doğru ya da yalnış olduğunu demirəm və namizədləri “qaranlıqda” qoymaq istəmirəm. Mən sadəcə olaraq bu prosesin necə baş verdiyini izah etmək istəyirəm. Ümid edirəm ki, bu məqalə müraciət etdiyiniz iş və yaxud getdiyiniz müsahibədə işəgötürənlərin “qaranlıq hissəsində” nələr baş verdiyini bir az da olsa aydınlada bildim. Ümidvaram ki, bunları bilmək sənin üçün cavabsız qalmanın çətinliyini yüngülləşdirməyə kömək edəcək. Heç kim sənin cavabsız qalmağa layiq olduğunu düşünmür.

Ona görə də, ürəyinə salma. Sadəcə davam et.

 

 

Bu məqalə ABŞ-ın tanınmış karyera mütəxəssisi Corc Blomqern tərəfindən təqdim olunub. “The Good Jobs“-un mədəniyyət strategiya direktoru olan Corc şirkətlərə istedadları cəlb etmək üçün unikal platformalar vasitəsilə onlara lazım olan mədəniyyətləri müəyyən etməyə kömək edir.

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

11.10.2020