Problemli Kreditlər üzrə İşçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 17.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geriyığımına nail olmaq
  • Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək
  • Gecikmədə olan müştərinin carı ödəniş qabiliyyətini analiz edib, gecikmədə olan məbləğin bərpası üçün müştəriyə alternativlər təklif etmək
  • Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq
  • Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıcıllığını müəyyənləşdirmək
  • Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək
  • Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq

Namizəddən gözləntilərimiz:

Təhsil və Təcrübə:

  • Təhsil: Ali (Bakalavr) istənilən sahədə
  • İş Təcrübəsi: Bank və yaxud Qeyri Bank (Sığorta və s.) sahələrdə Problemli Kreditlər üzrə Zəng Mərkəzində və ya oxşar vəzifələr üzrə minumum 6 ay iş təcrübəsi
  • Ödənişlərini gecikdirən müştərilərlə iş təcrübəsi
  • Problemli Kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Müştəri Xidmətləri, Xidmət sahələri (Telefon Mərkəzi Xidmət sahəsi) üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir

Bacarıqlar:

  • Ünsiyyət bacarıqları (əla səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik Düşüncə  bacarığı
  • Yenilikçi, Dəyişikliklərə uyğunlaşma bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Digər Bilik və Bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, Rus dilini bilmək üstünlükdür
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı

Sosial imtiyazlar:

  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00.
  • Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Peşəkar beynəlxalq iş mühiti
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı

İşəgötürənin reytinqi