Daxili audit və nəzarət şöbəsində Baş Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
  • Risk reyestrinə əsaslanmış audit yoxlaması zamanı aşkar edilən məsələləri müzakirə edir və müvafiq qaydada həll yolları təklif edir;
  • İllik audit planında audit  olunmalı fəaliyyətlərin müəyyən olunmuş vaxt çərçivəsində yoxlamasını həyata keçirir və aşkarlanmış nöqsanların müvafiq meyarlara əsaslanaraq dərəcəsini təyin edir;
  • Yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirir;
  • Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir; 
  • Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (audit, hüquq və ya iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 4 il iş stajı;
  • “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
  • Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
  • Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
  • Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Baş Mütəxəssis) qeyd edin. Vakansiya üzrə müraciətin son müddəti: 10 iyun 2023-cü il.