Bağban

İşin təsviri

Əsas öhdəliklər:

  • Ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ-bostan alət və inventarlarından istifadə qaydasını bilmək. 
  • Əmək intizamı, texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Əməliyyat:

  • Otel ərazisində olan bitkilərin, güllərin, ağacların vaxtı vaxtında qulluq olunması.
  • Ağac və kol bitkilərində zədələri aşkarlamaq və aradan qaldırmaq və ya bərpa etmək.
  • Meydançaları, həyətyanı yolları ağac köklərindən, kəsiklərindən təmizləmək.
  • Ərazidə olan bitkilərin, ağacların vaxtı vaxtında budanması və sulanması.
  • Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi.
  • Qazonun səviyyəsini qorumaq.
  • Kollara vaxtında forma vermək.
  • Anbarda müntəzəm ehtiyatın əlavə olunmasının təmin edilməsi.
  • Digər şöbələr ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
  • İstismara yarayan bütün avadanlıqların təlimatlara uyğun lazımi qaydada işlədiyinə əmin olmaq və avadanlıqıların nasazlıqlarını aradan qaldırmaq.

Tələblər:

  • Bağban vəzifəsində, minimum 1 il iş təcrübəsi
  • Landşaft biliklərinin olması.
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar