İdman və SPA mərkəzinə təcrübəli massajist

  • 1st Fitness
  • Elanın qoyulma tarixi: 15.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Massaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
  • Massajın tipini və növünü müəyyən edir;
  • Sertifikatlaşdırılmış massaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır;
  • Massaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
  • Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir;
  • Qonaqlara özünü-massaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
  • Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
  • Massaj otağında zəruri təmizlik və səliqəni təmin edir; Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir

Namizədə tələblər: 

  • Azərbaycan dili mükəmməl səviyyədə
  • Rus dili əla səviyyədə
  • Səlis danışıq qabiliyyəti
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
  • Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
  • Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
  • Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olmas
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: 700-800 Azn

Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər 

1st Fitness tərəfindən digər vakansiyalar